Əfqanıstanda "Taliban" yaraqlılarının hücumu nəticəsində 12 polis ölüb

Əfqanıstanın şimalındakı Kunduz vilayətində radikal "Taliban" hərəkatının yaraqlılarının hücumu nəticəsində yerli polisin azı 12 əməkdaşı ölüb.

Azadinform "Pajvak" agentliyinə istinadən xəbər verir ki, "Taliban" yaraqlıları dünən gecə saatlarında yerli polisin nəzarət-buraxılış məntəqəsinə (NBM) hücum ediblər.

Polis nümayəndəsi hücumun olduğunu təsdiqləyib, amma ölənlər barədə dəqiq məlumat verməyib. Onun sözlərinə görə, yaraqlılar ağır itkilər verdikdən sonra geri çəkilib və təhlükəsizlik qüvvələri NBM-ə nəzarəti ələ almağı bacarıb.

20.07.2018 20:11 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo