Rusiya XİN Yunanıstanın səfirinə etirazını bildirib

Yunanıstanın Rusiyadakı səfiri Andreas Friqanas Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Azadinform "RİA Novosti"yə istinadən xəbər verir ki, XİN-də A.Friqanasa iki Rusiya diplomatının ölkədən çıxarılması və daha iki Rusiya vətəndaşına ölkəyə giriş icazəsinin verilməməsi ilə bağlı rəsmi Afinanın antirusiya siyasətinə görə etiraz bildirilib.

Xatırladaq ki, Yunanıstanın "Katimerini" qəzeti iyulun 11-də yüksək səviyyəli diplomatik mənbələrə istinadən Yunanıstan tərəfinin iki Rusiya diplomatını ölkədən çıxardığını və daha iki Rusiya vətəndaşına milli təhlükəsizliyə qarşı qanunsuz hərəkətlər etdiklərinə görə ölkəyə daxil olmaq icazəsi verilmədiyini yazıb.

20.07.2018 20:26 / Baxılıb: 82 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo