"Microsoft"un səhmləri kəskin bahalaşıb

ABŞ-ın informasiya texnologiyaları nəhəngi "Microsoft" şirkətinin səhmləri bir gün ərzində 4% bahalaşıb. 

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb şirkətin bu ilin II rübünə aid maliyyə göstəriclərinin analitiklərin proqnozlarından yüksək olmasıdır. 

Belə ki, şirkət rüb ərzində 30 mlrd. dollar gəlir əldə edib, bunun isə 8,9 mlrd. dollarını xalis mənfəət təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur. 

20.07.2018 19:43 / Baxılıb: 117 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.03.2019
    21.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo