İki avtomobil toqquşdu 10 ölü, 10 yaralı

Samir Soltanov/AZADİNFORM. Ukraynanın Jitomir vilayəti ərazisində, Kiyevdən 127 kilometr aralıda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 10 nəfər ölüb, 10 nəfər yaralanıb. 

Azadinform xəbər verir ki, bu barədə Jitomir vilayəti polisinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, ölənlərdən biri uşaqdır. İlkin ehtimala görə, yol qəzası surət həddinin aşılması səbəbindən baş verib. Ölənlərin sayının artacağı ehtimal edilir, çünki yaralılardan 4-nün vəziyyəti ağırdır. 

Ukrayna Prezidenti Petro Poroşenko Jitomir vilayəti rəhbərliyinə yaralılara təxirəsalınmaz yardımların göstərilməsi tapşırığını verib.

20.07.2018 18:57 / Baxılıb: 96 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo