Qadın qohumunu bıçaqlayan saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Hacıqabulda qadın qohumunu bıçaqlayan şəxs tutulub. 

DİN-dən Azadinform-a verilən məlumata görə, iyulun 19-da Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində kənd sakini Fuad Şahsuvarov münaqişə zəminində qohumu Ülviyyə Rəhimovaya bıçaqla xəsarət yetirib. 

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməyə cəhddə şübhəli bilinən F. Şahsuvarov saxlanılıb. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29, 120-ci maddəsi ilə cinayət işi başlanıb.

20.07.2018 18:31 / Baxılıb: 135 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo