Deputatlar Latviyaya səfər edir

Samir Soltanov/AZADİNFORM. Milli Məclisin deputatları - Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və qrupun üzvü Rüstəm Xəlilov iyulun 22-də Riqaya səfər edəcəklər. 

Azadinform xəbər verir ki, səfərin məqsədi Latviya Bələdiyyələr İttifaqının təşkilatçılığı ilə keçiriləcək seminarda iştirak etməkdir. 

Seminar yerli özünüidarəetmə orqanları ilə bağlı yeni layihələrin həyata keçirilməsi, bu sahədə əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi məsələlərinə həsr olunub. 

Deputatlarımız müzakirələr zamanı çıxış edəcək, qeyd olunan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar. 

Millət vəkilləri, eyni zamanda, Azərbaycan Ticarət Evinin açılış mərasiminə də qatılacaqlar. 

Səfər iyulun 25-də başa çatacaq.

20.07.2018 17:05 / Baxılıb: 108 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo