İstirahət günlərinin havası külək, yağış

Samir Soltanov/AZADİNFORM. İstirahət günlərinin hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azadinform-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 26-31, dağlıq rayonlarda isə 18-23 dərəcə isti təşkil edəcək. 

Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırırıq ki, axşam və gecə saatlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək. 

Aran rayonlarında hava şəraiti əsasən yağmursuz keçsə də, axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək. 

Naxçıvan MR-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 29-34 dərəcə isti təşkil edəcək. 

Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, yaxın 2 gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 28-32 dərəcə isti təşkil edəcək".

20.07.2018 16:44 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo