Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib

AZADİNFORM. 19-20 iyul 2018-ci il tarixlərində Moskva şəhərində “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın (Tehran Konvensiyası) Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib.

Azadinform Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, sessiyada Azərbaycanı nazir Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Sessiya zamanı “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair Protokol” beş Xəzəryanı ölkə tərəfindən imzalanıb. Protokolun məqsədi Xəzər dənizi hövzəsində nəzərdə tutulan təsərrüfat fəaliyyətlərinin gözlənilən təsirlərindən qorunması üçün ətraf mühitə təsirlərin transsərhəd qiymətləndirilməsinin aparılması, şəffaflıq və davamlı inkişaf prinsiplərinin təmin olunmasıdır.

Qeyd edək ki, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” 12 avqust 2006-cı il tarixində qüvvəyə minib.

20.07.2018 16:20 / Baxılıb: 112 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo