İmişli və Siyəzəndə əmək yarmarkaları keçirilib

Adəm Abbaslı/AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən növbəti əmək yarmarkaları İmişli və Siyəzən rayonlarında keçirilib.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, yarmarkalarda ümumilikdə 707 vakant (İmişli rayonunda 565, Siyəzən rayonunda 142 vakant iş yeri) işsiz və işaxtaran vətəndaşlara təklif olunub. Hər iki tədbirdə daimi iş yerləri ilə yanaşı, kənd təsərrüfatı sahələri üzrə mövsümi iş yerləri də təklif edilib.

Tədbirlərdə ayrı-ayrı işəgötürənlərin nümayəndələri də iştirak edib. Vakant iş yerlərinə göndərişlər verilib, ayrı-ayrı işsiz və işaxtaran şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək, ödənişli ictimai işlərə göndərilmək üçün qeydiyyata götürülüblər.

Cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən 12 rayon və şəhərdə əmək yarmarkaları keçirilib. Bu tədbirlərdə 311 müəssisədən 3,7 min vakant iş yeri təqdim edilib.

20.07.2018 14:43 / Baxılıb: 279 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo