Putin Paşinyana yaxşı pas vermiş oldu

AZADİNFORM. “Bloomberg agentliyinin əldə etdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Helnsikidəki qapalı görüşündə Ağ Ev sahibinə Donbassda referendum keçirməyi təklif edib. Bu təklif görüşdən sonra prezidentlərin mətbuat konfransında ona görə səsləndirilməyib ki, Putin Trampa təklifi rahat dəyərləndirmək üçün vaxt qazandırmaq istəyib”.

Azadinform xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib. Politoloq qeyd edib ki, Putin bu təkliflə Trampı tələyə salmaq istəyib: “Böyük ehtimalla, Putin təklfini belə əsaslandırıb – “Demirsiniz ki, hər yerdə demokratiya vacibdir, qoy Donbass sakinləri özləri müəyyənləşdirsinlər ki, Ukraynanın tərkibində qalmaq istəyirlər, yoxsa müstəqilliyə üstünük verirlər”. Bundan sonra necə demək olar ki, Putin Ermənistanın baş naziri Nikol Paşinyana təzyiq edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcək. Donbass üçün Trampa “referendum” təklifini verən şəxs Dağlıq Qarabağ üçün niyə fərqli mövqedən çıxış etməlidir? Putin referendum fikrini səsləndirməklə Paşinyana yaxşı pas vermiş oldu. Ona görə də hətta başqa məkan üçün “separatçılar referendum keçirə bilərlər” fəlsəfəsindən çıxış edən istənilən yanaşma bizim üçün zərərlidir”.

20.07.2018 14:23 / Baxılıb: 171 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo