Azərbaycan irəlilədi UEFA reytinqi

Samir Soltanov/AZADİNFORM. Avrokubokların I təsnifat mərhələsində dünən keçirilən cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb. 

Azadinform qol.az-a istinadən xəbər verir ki, üç təmsilçisi meydana çıxan Azərbaycanın mövqeyi dəyişib. “Qəbələ”, “Neftçi” və “Keşlə” mübarizəni dayandırsa da, Avropa Liqasındakı son gün klublarımız üçün xal baxımından faydalı olub. “Qəbələ”nin Lüksemburq “Proqres”inə 1:0, “Keşlə”nin  Malta “Baltsan”ına 2:1 hesabı ilə qalib gəlməsi  Azərbaycanın hesabına 0.500 xal gətirib. 

Ölkəmiz 17.500 xalla 1 pillə irəliləyərək  Belarusu qabaqlayıb və 22-ci pilləyə yüksəlib.

20.07.2018 13:40 / Baxılıb: 98 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo