Dövlət başçısı SADE şirkətinin prezidenti ilə görüşüb

Samir Soltanov/AZADİNFORM. İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə Fransanın SADE şirkətinin prezidenti Patrik Lölo ilə görüşüb. 

Azadinform xəbər verir ki, görüşdə SADE şirkətinin Azərbaycanda “Ağıllı Şəhər” layihəsində və meliorasiya sahəsində fəaliyyətindən məmnunluq ifadə olundu. Patrik Lölo bildirdi ki, SADE Azərbaycanda fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindədir. 

Prezident İlham Əliyev SADE şirkətinin Azərbaycanda fəaliyyətinin dəstəkləndiyini qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, meliorasiya sahəsi Azərbaycan üçün prioritet istiqamətlərdəndir. 

Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olundu.

20.07.2018 13:25 / Baxılıb: 106 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo