Avtomobillərdən oğurluq edənlər saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Paytaxtın Nəsimi rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. 

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini M. Səlimliyə məxsus “Mercedes” markalı avtomobilin yan güzgülərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xanlar Hüseynov saxlanılıb. 

20-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə paytaxt sakini F. Qədimovun “VAZ-2106” markalı avtomobilindən maqnitofon oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Rəsul Rəhimov saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.

20.07.2018 13:12 / Baxılıb: 68 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo