Əli Əhmədov: Azərbaycanın gələcək parlaqlığını qısqananlar təxribatlar törətməyə cəhd edir

Adəm Abbaslı/AZADİNFORM. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Milli Mətbuat günü münasibətilə tədbir keçirilib.

Azadinform xəbər verir ki, tədbirdə Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və media nümayəndələri iştirak ediblər.

Media nümayəndələrini təbrik edən Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası mətbuatın fəaliyyətinə böyük önəm verir: “Azərbaycan dövləti tərəfindən mətbuata böyük diqqət göstərilir. Azərbaycanda mətbuat nümayəndələrindən ibarət böyük ordu formalaşıb. Mətbuatımız da fəaliyyətində hər zaman dövlətçilik dəyərlərini əsas tutur”.

YAP sədrinin müavini vurğulayıb ki, sosial media bu gün mətbuat qarşısında ciddi çağırışlar qoyur: “İndi hər kəs sosial şəbəkə vasitəsilə məlumat yayaraq mətbuatın bir hissəsinə çevrilir. Bütün bunlar mətbuat qarşısında ciddi çağırışlar qoyur”.

Baş nazirin müavini deyib ki, Azərbaycan sürətlə inkişaf edir və bu özünü mətbuat azadlığı sahəsində də göstərir: “Azərbaycan böyük qlobal layihələr həyata keçirir, qlobal tranzit mərkəzinə çevrilir ki, bu da ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırır, mövqeyini gücləndirir. Etiraf etməliyik ki, gələcəyimiz daha parlaq olacaq. Bunu qısqananlar ölkədə təxribatlar törətməyə cəhd edir, ancaq onlar heç nəyə nail ola bilmirlər. Çünki bunun üçün heç bir baza yoxdur. Azərbaycanda Prezident İlham Əliyev tərəfindən aparılan siyasət xalq tərəfindən dəstəklənir, möhkəm xalq-iqtidar birliyi var”.

Sonra media nümayəndələri Milli Mətbuat Günü ilə bağlı mükafatlandırılıb.

20.07.2018 12:40 / Baxılıb: 245 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo