Türkiyə İraqın şimalındakı PKK terrorçularını bombalayır

Samir Soltanov/AZADİNFORM. Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında fəaliyyət göstərən PKK-ya qarşı hərbi əməliyyatları davam etdirir. 

Azadinform xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, Zap, Avaşin və Xakurk bölgələrində terrorçuların fəaliyyət göstərdiyi ərazilərə havadan zərbələr endirilir. Əməliyyatlar çərçivəsində məhv edilən terrorçuların dəqiq sayı barədə hələ məlumat verilməyib.

20.07.2018 11:36 / Baxılıb: 114 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.03.2019
    18.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo