Xəzəri çirkləndirənlər cərimələnib 700 AZN

Samir Soltanov/AZADİNFORM. Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Xəzər rayonu ərazisində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, keçirilən reyd zamanı rayonun Xəzər dənizinin sahil zolağına “Kamaz” markalı 99-KZ-932, 90-CR-686 və 10-CD-468 dövlət qeydiyyat nömrə nişanlı avtomobillərdən tullantıların boşaldıldığı faktı aşkar edilib. 

Faktlarla bağlı avtomobillərin sahibləri Saleh Cəfərov, Rauf Məmmədov və Elməddin Vəliyev barəsində protokollar tərtib edilib və qanun pozucularının hər biri İnzibati Xətalar Məcəlləsinə əsasən 700 manat məbləğində cərimə olunublar.

20.07.2018 10:40 / Baxılıb: 91 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo