Tramp Putini Vaşinqtona dəvət edib

Adəm Abbaslı/AZADİNFORM. ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini bu ilin payızında Vaşinqtona dəvət edib.

Azadinform-un məlumatına görə, bu barədə ABŞ prezidentinin mətbuat katibi Sara Sanders bildirib.

S.Sanders deyib: "Helsinkidə prezident iki ölkənin təhlükəsizlik şuralarının əməkdaşları arasında dialoqun işgüzar səviyyədə davam etdirilməsi ilə razılaşıb. Prezident Tramp Con Boltondan (milli təhlükəsizlik üzrə müşavir) prezident Putini payızda Vaşinqtona dəvət etməsini istəyib".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında ilk tam formatlı görüş iyulun 16-sı Finlandiyanın paytaxtı Helsinkidə keçirilib.

20.07.2018 09:35 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo