İraqda iğtişaşlar nəticəsində 12 nəfər ölüb

İraqın cənubunda polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 12 nəfər ölüb, 571 nəfər xəsarət alıb.

Azadinform-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın İnsan Haqları üzrə Ali Komissarlığının yaydığı bəyanatda bildirilir.

Məlumata əsasən, etirazlar başlanandan İraqın cənub bölgəsində 12 nümayişçi həyatını itirib, 195-i dinc sakin, 371-i asayiş keşikçisi olmaqla ümumilikdə 571 nəfər xəsarət alıb. İğtişaşlar nəticəsində yaşayış evləri, inzibatı binalar, partiyaların mənzil-qərargahları daxil olmaqla  47 tikili dağıdılıb, 25 avtomobil yandırılıb. Hüquq-mühafizə orqanları tərəfindən 302 nümayişçi saxlanılıb.

İraqın cənub bölgəsində iğtişaşlar iyulun əvvəlində başlayıb. Bəsrə şəhərində işsizlik və kommunal sahədə vəziyyətin pisləşməsinə qarşı etiraz edən nümayişçilərdən birinin ölümündən sonra bölgədə vəziyyət daha da gərginləşib. Nümayişçilər hökumətdən elektrik enerjisi və su təchizatında baş verən kəsilmələrə son qoymağı tələb edirlər. Hazırda etirazlar İraqın digər cənub əyalətlərinə keçib.

19.07.2018 23:45 / Baxılıb: 65 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo