Airbus şirkəti ilə Azərkosmos arasında əməkdaşlıq məsələləri müzakirə edilib

AZADİNFORM. Prezident İlham Əliyev Parisdə “Airbus” şirkətinin Avrasiya üzrə vitse-prezidenti Silver Delonay ilə görüşüb.

Azadinform xəbər verir ki, görüşdə “Airbus” şirkəti ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. “Azərsky” və “Spot 6” peyklərinin dünya bazarlarında uğurlu fəaliyyətindən məmnunluq ifadə edilib.

Azərbaycanın gələcəkdə “Airbus” şirkətindən yeni daha yüksək ayırdetmə peyklərini alması və peyklərlə bağlı texnologiyalar ətrafında müzakirələr aparılıb.

19.07.2018 23:36 / Baxılıb: 117 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo