Misirdə yük maşını kafeyə çırpılıb, 12 nəfər ölüb

Misirin Əl-Minya vilayətində yük maşını yaşayış binasının birinci mərtəbəsində yerləşən kafeyə çırpılıb.

Azadinform Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 12 nəfər ölüb. Digər 28 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Yerli polisin məlumatına görə, sementlə yüklənmiş avtomobil iki mərtəbəli binanı yararsız hala salıb. Binanın birinci mərtəbəsində kafe və kiçik restoran olub.

İlkin məlumatlara görə, hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

19.07.2018 20:54 / Baxılıb: 83 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo