Azərbaycan millisi Avropa çempionatında 5-ci yeri tutub

Rusiyanın Yekaterinburq şəhərində cüdo üzrə komandalar arasında Avropa çempionatı keçirilib.

Azadinform Azərbaycan Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, 21 ölkənin mübarizə apardığı çempionatda Azərbaycan millisi də iştirak edib.

Qrup mərhələsində Polşaya qalib gələn yığma ikinci qarşılaşmasında Hollandiyaya məğlub olub. Rumıniya komandasına qalib gələn cüdo millimiz təsəlliverici görüşdə Avstriya yığmasına uduzub. 

Azərbaycan cüdoçuları bürünc medal uğrunda Rusiya səddini keçə bilməyib. Almaniyanın birinci, Hollandiyanın ikinci, Rusiya və Ukraynanın üçüncü olduğu çempionatı yığma komanda beşinci yerdə başa vurub.

Qeyd edək ki, sentyabr ayında Bakıda keçiriləcək dünya çempionatına hazırlıqla bağlı milli komandanın aparıcı üzvləri bu turnirdə iştirak etməyiblər.

19.07.2018 20:37 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo