Yanğın hadisələri zamanı 54 nəfər ölüb FHN

Samir Soltanov/AZADİNFORM. Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb. 

Fövqəladə Hallar Nazirliyindən Azadinform-a verilən məlumata görə, 2018-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 6814 təbii və texnogen mənşəli hadisələr qeydə alınıb. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1446 hadisə və ya 27% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 62 nəfər ölüb, 118 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 54 nəfər xilas edilib, 1047 nəfər təxliyə olunub. 

Bu ilin I yarımilliyi ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 6690 çıxış edilib. Yanğın hadisələri zamanı 54 nəfər ölüb, 86 nəfər xəsarət alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə  19 nəfər və ya 54% çoxdur, xəsarət alanlar üzrə 12 nəfər və ya 12% azdır. 

2018-cı ilin I yarımilliyi ərzində respublika ərazisində 37 partlayış hadisəsi baş verib. Bu 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 hadisə və ya 21% azdır. Partlayışlar zamanı 8 nəfər ölüb,  32 nəfər xəsarət alıb.

19.07.2018 17:00 / Baxılıb: 128 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo