Neftçalada kanalda batan 23 yaşlı oğlanın meyiti çıxarılıb (Yenilənib)

Samir Soltanov/AZADİNFORM. Neftçala rayonunun Aşağı Surra kəndində kanalda batmış 1995-ci il təvəllüdlü Dadaşov Cavanşir Cümşüd oğlunun axtarışları başa çatıb. 

FHN-dən Azadinform-a verilən məlumata görə, C.Dadaşovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

15:50


Samir Soltanov/AZADİNFORM. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunun Aşağı Surra kəndində kanalda 1 nəfərin batması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən Azadinform-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. 

Əlavə məlumat veriləcək.

19.07.2018 18:00 / Baxılıb: 308 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo