AFFA daha bir kluba sponsorluq edəcək

Samir Soltanov/AZADİNFORM. 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında debüt edəcək “Sabah” FK-nın sponsoru bəlli olub. 

Azadinform xəbər verir ki, bu barədə klubun rəsmi Feysbuk səhifəsində məlumat yayılıb. Bildirilir ki, paytaxt təmsilçisinin büdcəsi əsasən “Bridge Group of Companies” və müəyyən qədər AFFA-nın ayırdığı vəsait hesabına formalaşacaq. 

Qeyd edək ki, yeni mövsümdən etibarən Premyer Liqada yarışacaq komandalardan yarıdan çoxu - 8 klubdan 5-i ("Neftçi", "Sumqayıt", "Keşlə", "Səbail" və "Sabah") rəsmi ya qeyri-rəsmi AFFA-dan asılı vəziyyətdə olacaq.

19.07.2018 14:55 / Baxılıb: 213 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
    14.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo