DİN Qubada baş verən qəza ilə bağlı məlumat yayıb

Samir Soltanov/AZADİNFORM. Quba rayonunun İsnovqışlaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-dən Azadinform-a verilən məlumata görə, iyulun 18-də saat 10 radələrində Quba rayonunun İsnovqışlaq kəndi ərazisində Cəlilabad rayon sakini Məmmədəli Bayramovun idarə etdiyi “Nissan” və Sumayıt şəhər sakini Elməddin Hüseynovun idarə etdiyi “Hyundai” (avtobus) markalı avtomobillər toqquşub. Nəticədə M.Bayramov hadisə yerində ölüb, bir sərnişini və E.Hüseynovun bir sərnişini xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

19.07.2018 14:42 / Baxılıb: 190 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo