907,3 min hektar sahədə taxıl biçini aparılıb

Samir Soltanov/AZADİNFORM. 17 iyul 2018-ci il tarixinə olan məlumata əsasən respublikanın rayonlarında 907,3 min hektar sahədə taxıl biçini aparılıb. 

Kənd Təsərrüfatı Nazirliyindən Azadinform-a verilən məlumata görə, bunun 581,1 min hektarı buğda, 326.2 min hektarı arpa sahələridir. 

"Hazırkı məlumatlara əsasən buğdanın orta məhsuldarlığı 30,2 s/ha, arpanınkı isə 27,6 s/ha təşkil edir", - deyə məlumatda vurğulanıb.

19.07.2018 13:00 / Baxılıb: 181 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo