UEFA reytinqi Azərbaycanın mövqeyi dəyişməz qalıb

Samir Soltanov/AZADİNFORM. Avrokubokların birinci təsnifat mərhələsində dünən keçirilən oyunlardan sonra UEFA reytinqi açıqlanıb. 

Azadinform xəbər verir ki, Azərbaycanın mövqeyi dəyişməz qalıb. 23-cü olan ölkəmiz təkcə xal hesabını artırıb. “Qarabağ”ın  Sloveniya “Olimpiya”sı ilə Bakıdakı qolsuz heç-heçə aktivimizə 0.125 xal gətirib. Bununla da xalımız 17.250-ə yüksəlib. 

Hazırda Azərbaycan 22-ci olan Serbiya ilə eyni göstəriciyə malikdir. Lakin balkanlılar əlavə göstəricilərə görə öndə qərarlaşıb.

19.07.2018 11:30 / Baxılıb: 225 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo