Bundan sonra Qarabağı çətin oyunlar gözləyir

Samir Soltanov/AZADİNFORM. “Futbolçular alqışalayiq idilər. Növbəti mərhələyə vəsiqə qazanmaları münasibətilə futbolçuları təbrik edirəm”. 

Azadinform xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində Bakıda “Olimpiya”ya (Sloveniya) qarşı oyunu (0:0) şərh edərkən bildirib. Mütəxəssis bildirib ki, sona qədər mübarizə apardılar: “Çox yaxşı komandaya qarşı oynayırdıq. Sonda qalibiyyət bizim oldu, mərhələni keçən biz olduq. Azarkeşlərə bizi dəstəklədikləri üçün təşəkkür edirəm. Bundan sonra "Qarabağ"ı çətin oyunlar gözləyir. Hər rəqibə qarşı ciddi hazırlaşacağıq və hər bir halda hazır olmalıyıq. Futbolçular oyun haqqında daha çox düşünməlidirlər. Hər rəqibə qarşı fərqli oyun üslubu ilə çıxırıq. Bu gün futbol bunu tələb edir. Qalib gəlmək istəyirsinizsə, rəqibin oyun üslubuna görə oynamalısınız”. 

Qeyd edək ki, Ağdam təmsilçisinin növbəti mərhələdə rəqibi Albaniyanın “Kukesi” klubu olacaq.

19.07.2018 11:16 / Baxılıb: 309 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo