Şəxsi maraqlara deyil, milli mənafelərə söykənən fəaliyyət olmalıdır

“Biz Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) nümayəndələri olaraq dövlətimizin maraqlarına cavab verən bütün təşəbbüsləri dəstəkləyirik”.

Bunu UABD-nin Nikolayev vilayət təşkilatının sədri Ələddin Məhərrəmov deyib.

O qeyd edib ki, dövlətin diaspor siyasətində baş verən yenilikləri diqqətlə izləyir və Diasporla iş üzrə Dövlət Komitəsinin rəhbərliyindəki dəyişikliyin bu sahədə böyük irəliləyişlərə səbəb olacağına ümid edirlər: “Dövlətimizin başçısı, möhtərəm prezidentimiz İlham Əliyev diasporun inkişafı üçün hər cür dəstək göstərir. Biz xaricdə yaşayan azərbaycanlılar prezidentin bu siyasətini alqışlayır və fəaliyyətimizi birmənalı olaraq onun çağırışlarına uyğun şəkildə qurmağa çalışırıq. Ukrayna Avropanın böyük ölkələrindən biridir. Burada diasporumuzun güclü olması mühüm şərtdir. Xüsusən indiki həssas dönəmdə, dövlətimizə qarşı ayrı-ayrı ölkələrdən səsləndirilən təxribatçı çıxışlar diasporumuzun da mövqelərini zəiflədə bilər. Bu baxımdan, birgə fəaliyyətimiz ümumi evimiz olan Azərbaycanın davamlı inkişafına xidmət edər və bizə qarşı yönəlmiş qərəzli fikirləri zərərsizləşdirər.  UABD həmişə bu xətti yürüdüb və təşkilatın nümayəndəlikləri qarşısında da məhz qeyd etdiyim strategiyaya uyğun öhdəliklər qoyulub”. 

Ə.Məhərrəmov bildirib ki, artıq şəxsi maraqlara deyil, milli mənafelərə söykənən fəaliyyət nümunələri ortaya qoyulmalıdır: “Təəssüf ki, ötən illərdə bizim fəaliyyətimizə mənfi təsir göstərən süni manelərlə qarşılaşmışıq. Amma buna baxmayaraq milli maraqlarımız hər zaman fəaliyyətimizin ana xəttini təşkil edib.  Aramıza nifaq salanlar Ulu Öndərimiz Heydər Əliyevin bizə ərmağan etdiyi azərbaycançılıq ideologiyasına zərbə vurmağa çalışıblar. Bu dövlət üçün, xalq üçün çalışan insanlar haqqında bəzən əsassız iittihamlar səsləndirən, müxtəlif şaiyələr yayan çarəsizlərin cəhdləri heç vaxt baş tutmayacaq. Bizim bir yolumuz var, o da müstəqil Azərbaycana xidmət etməkdir. Bizim üçün Azərbaycanın maraqları həmişə hər şeydən öndə olacaq”. (Azərfaks)

19.07.2018 10:15 / Baxılıb: 231 / Çap
 
    Bu bölmədə
    1.08.2018
    Dağ kimi ADAM
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo