İtaliya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Respublikasında rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella iyulun 19-da Şəhidlər xiyabanını ziyarət edib.

Azadinform xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Sercio Mattarella Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi.

Ali qonaq “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən İtaliya Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

19.07.2018 10:05 / Baxılıb: 281 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo