Ucarda iki yol qəzası baş verib, ölən və xəsarət alan var

Bu gün axsam saatlarında Ucarda iki yol qəzası baş verib.

Hər iki hadisə Bakı-Qazax yolunun Ucar rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

"Toyota Prado" markalı minik maşınının yol kənarındakı arakəsməyə çırpılaraq aşması nəticəsində Bakı şəhər sakini Akif  Dərgahov hadisə yerində ölüb. Onun 2005-ci il təvəllüdlü oğlu Dərgah Akif oğlu Dərgahov müxtəlif  xəsarətləri alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına  yerləşdirilib.

İkinci hadisədə isə "Mercedes" və "İsuzi" markalı maşınlar toqquşub.  Nəticədə Zərdab rayon sakini, 1987- ci il təvəllüdlü Toğrul İldırım oğlu Vəliyev xəstəxanaya yerləşdirilib.

Hər iki hadisə ilə bağlı  araşdırma aparılır. (apa)

18.07.2018 21:48 / Baxılıb: 183 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo