Bu ölkədə mobil internet əlçatan oldu

İnternetə qoşulmanın dövlət tərəfindən ciddi tənzimləndiyi Kubada sakinlərə smartfon vasitəsilə internetə daxil olmaq üçün icazə verilib. Dövlət KİV-nin jurnalistləri ilk olaraq bu imkana yiyələniblər.

Azadinform xəbər verir ki, ada dövlətində internetə qoşulma uzun müddət məhdud olub. Yaxın vaxtlaradək kubalılar yalnız dövlət tərəfindən nəzarət olunan saytlara daxil ola bilirdilər, internetə tam çıxış yalnız turistlər üçün mehmanxanalarda əlçatan idi. 2018-ci ilin aprelində Miqel Dias-Kanelin hakimiyyətə gəlişi ilə siyasət dəyişib. O, əvvəllər demişdi ki, azad internet kubalılara iqtisadiyyatı möhkəmləndirməyə və "inqilabı qorumağa" imkan verəcək.

Yerli bazarda inhisarçı olan "ETECSA" telekommunikasiya şirkəti bəzi müştərilərə, əsasən özəl firma və səfirliklərə ötən ilin dekabrında mobil planlar almaq üçün icazə verib. İlin sonunadək "ETECSA"-nın bütün müştərilərinin (təxminən 5 milyon nəfər, yəni Kuba əhalisinin təxminən yarısı) mobil internetdən istifadəsi planlaşdırılır.

Bundan başqa, xidmətin qiymətinin baha olması kubalıları narahat edə bilər. "Wi-Fi" nöqtələrinə qoşulma qiyməti 1 saat üçün 1 dollardır, halbuki ölkədə orta əməkhaqqı təxminən 30 dollar təşkil edir.

18.07.2018 21:23 / Baxılıb: 86 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo