Hindistanda "MiQ-21" qırıcısı qəzaya uğrayıb

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-21" qırıcısı ölkənin şimalındakı Himaçal Pradeş əyalətində qəzaya uğrayıb.

Azadinform "İnterfaks"a istinadən xəbər verir ki, qəza nəticəsində pilot ölüb.

Hindistan təhlükəsizlik xidmətlərinin məlumatına görə, təyyarə Pathankot şəhərindəki bazadan havaya qalxıb. Uçuşdan sonra qırıcı ilə əlaqə kəsilib, qəzanın səbəbləri hələlik açıqlanmır.

Qəza yerində polis işləyir. Qəzadan sonra baş verən yanğın söndürülüb.

18.07.2018 21:09 / Baxılıb: 97 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.03.2019
    25.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo