Azərbaycan NATO təlimlərində iştirak edəcək

Bu ilin 1-15 avqust tarixlərində Gürcüstanda NATO-nun “Etibarlı tərəfdaş 2018” çoxmillətli hərbi təlimləri keçiriləcək.

Hərbi təlimlərdə 13 ölkə iştirak edəcək. İştirakçı ölkələr Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Estoniya, Fransa, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna, Azərbaycan və Ermənistandır.

Vaziani hərbi və Norio təlim bazasında keçiriləcək hərbi təlimlərdə NATO-nun 3000 hərbçisi, ABŞ hərbi aviasiyası və Almaniya hərbi texnikası da cəlb olunacaq.

Qeyd edək ki, “Etibarlı tərəfdaş” hərbi təlimləri Gürcüstanda 4-cü dəfədir ki, keçiriləcək. Builki təlimlər əvvəlkilərə nisbətən daha geniş miqyaslı olacaq. Hərbi təlimlərin keçirilməsində məqsəd Gürcüstan, ABŞ və tərəfdaş ölkələrin silahlı qüvvələrinin hazırlığının artırılması və qarşılıqlı əməkdaşlığın gücləndirilməsidir. (apa)

18.07.2018 20:11 / Baxılıb: 76 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo