İranda sosial şəbəkələrin 46 istifadəçisi tutulub

İranın cənubunda yerləşən Bəndə Abbas şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində sosial şəbəkələrin 46 istifadəçisi tutulub.

Azadinform “araznews”a istinadən xəbər verir ki, tutulanlardan 8-i qadındır.

Bildirlib ki, onlar İran qaydalarına uyğun olmayan fotolarını paylaşdıqları üçün saxlanılıblar.

Tutulanların çoxunun fotoqraf, gözəllik salonu və şadlıq evlərində işlədikləri məlum olub. Məsələ ilə bağlı polisdən bildirilib: “Onlar mütəşşəkkil şəkildə İslam Respublikası mədəniyyətinə zərər vermək niyyəti ilə bu aksiyanı keçiriblər”. 

18.07.2018 19:45 / Baxılıb: 73 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo