Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib

AZADİNFORM. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Azadinform xəbər verir ki, sərəncamla “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli sərəncamında aşağıdakı dəyişikliklər edilib:

1. 1-ci hissə ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib.

“Komissiyanın sədri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi

Komissiyanın katibi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin Miqrasiya və vətəndaşlıq məsələləri sektorunun müdiri.”.

2. 2-ci hissəyə “Hüquq mühafizə orqanları ilə iş” sözlərindən sonra “və hərbi məsələlər” sözləri əlavə edilsin.

18.07.2018 19:06 / Baxılıb: 141 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo