Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Brüssel görüşündən danışıb

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüsseldə keçirilən son görüşünü şərh edib. 

Məlumata görə, Rusiya XİN-in sözçüsü ölkəsinin iştirakı olmadan keçirilən ikitərəfli görüşləri şərh etmədiklərini söyləyib: "Lakin nəzərə alsaq ki, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu mövzu ilə əlaqəsi var, ona görə də, hesab edirik ki, tərəflərin hər hansı konstruktiv təması bu münaqişənin həlli ilə bağlı əsas məqsədə çatmağa kömək etməlidir. Bir daha qeyd etmək istəyirəm ki, görüşün yekunlarını, nə qədər məhsuldar, faydalı və perspektivli olduğunu görüşün iştirakçıları şərh etməlidirlər. Biz hər iki tərəfin münaqişənin nizamlanması istiqamətində atılan addım kimi və ya heç olmasa dialoqun davamı kimi qiymətləndirdiyi hər şeyi alqışlayırıq". (apa)

18.07.2018 18:48 / Baxılıb: 126 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.03.2019
    18.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo