İtaliya ilə Azərbaycan arasındakı münasibətlər çox yüksək səviyyədədir

Samir Soltanov/AZADİNFORM. “Azərbaycanla İtaliya arasında əməkdaşlıq yüksək potensiala malikdir”. 

Azadinform xəbər verir ki, bunu İtaliya Prezidenti Sercio Mattarella Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışında çıxışı zamanı deyib. S.Mattarella qeyd edib ki, Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm: “Cənab Prezident, bu gün bu tədbirdə Sizinlə bir yerdə olmaqdan çox məmnunluq hissi duyuram. Mən bu rəsmi səfər çərçivəsində bu tədbirə qoşulmaqdan çox məmnunam. Bu cür tədbirlər İtaliya ilə Azərbaycan arasındakı münasibətlərin çox yüksək səviyyədə olduğunu göstərir. Bu, eləcə də dövlətlər və xalqlar arasında dostluğun və səmimiyyətin bir işarəsidir. Cənab Prezidentin dediyi kimi, sabah Azərbaycan-İtaliya biznes forumu keçiriləcək. Biz ümid edirik ki, bu forum çərçivəsində yeni münasibətlərin əsaslarını qoya biləcəyik. Mən SOCAR-a və “Maire Tecnimont”a təşəkkürümü bildirirəm. Biz bu gün bu zavodun nə dərəcədə yüksək texnologiyaya malik olduğunu görürük. Təbiidir, biz burada görürük ki, texniki imkanlarından əlavə müəssisənin infrastruktur kimi dizaynı da çox gözəldir. Bu, çox əhəmiyyətli bir layihədir. Çünki ölkənin sənaye imkanlarını yüksək əlavə dəyər baxımından möhkəmləndirir. Həmçinin təbii ki, Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın nə dərəcədə yüksək potensiala malik olduğunu bir daha göstərir”. 

İtaliya dövlət başçısı vurğulayıb ki, bu gün səhər Prezidentlə görüşüm zamanı xarici işlər nazirlərimizin və bizi müşayiət edən nümayəndə heyətinin iştirakı ilə ölkələrimiz arasındakı ikitərəfli məhsuldar əməkdaşlıq barədə danışdıq: “Bu gün bizim burada olmağımız və əlbəttə, bütün nümayəndə heyətlərinin - İtaliya şirkətlərinin və onların tərəfdaşlarının burada olması bu tədbirin yüksək səviyyəsini göstərir. Təbii ki, biz Sumqayıt şəhərini də qeyd etməliyik. Çünki o, öz potensialı ilə bu tədbirin əhəmiyyətini xüsusi olaraq nümayiş etdirir. Təşəkkür edirəm”.

18.07.2018 18:22 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo