Daha 2 kəndə təbii qaz verilib

Samir Soltanov/AZADİNFORM. Bərdə rayonunun Hacıbəyli və Kafarlı kəndlərinə təbii qaz verilib. 

Azəriqaz İB-dən Azadinform-a verilən məlumata görə, yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13 950 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, paylayıcı eləcə də məhəllədaxili qaz xətləri çəkilib, 200 sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

18.07.2018 18:54 / Baxılıb: 80 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo