Bakıda 78 yaşlı kişi itkin düşüb

Samir Soltanov/AZADİNFORM. Bakıda yaşlı kişi itkin düşüb. 

Azadinform xəbər verir ki, bu barədə Bakı şəhər sakini Babayeva Aynur Sadiq qızı məlumat verib. Məlumata görə, onun atası, 1940-cı il təvəllüdlü Gülmalıyev Sadiq Baba oğlu iyulun 17-də Nəsimi rayonu, M.Sənani küçəsi, 1-də yaşadığı mənzildən çıxıb və naməlum istiqamətə gedib. S.Gülmalıyev qızı A.Babayeva ilə birlikdə yaşayırmış. 

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

18.07.2018 17:00 / Baxılıb: 92 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo