Azərbaycanda 100-ə yaxın İtaliya şirkəti fəaliyyət göstərir

Samir Soltanov/AZADİNFORM. “İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır”. 

Azadinform xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu gün keçirilən Azərbaycan-İtaliya dəyirmi masalarında çıxış edərkən bildirib. O qeyd edib ki, bu gün Azərbaycanda bir çox İtaliya şirkət uğurla fəaliyyət göstərir: “İtaliya Azərbaycana neft, qeyri-neft, rabitə-texnologiya, kənd təsərrüfatı sektorlarına investisiya yatırıb. Bu gün Azərbaycanda 100-ə yaxın İtaliya şirkəti fəaliyyət göstərir. Azərbaycan da İtaliyaya bir çox sahələrdə investisiya yatırıb. İnanıram ki, bu gün keçirilən dəyirmi masalar iki ölkənin iş adamları arasında əlaqələri daha da genişləndirəcək”. 

R. Məmmədov vurğulayıb ki, iki ölkə arasında energetika sahəsində çox geniş əməkdaşlıq mövcuddur: “Azərbaycan İtaliya şirkətləri və İtaliyadan olan tərəfdaşlarla əməkdaşlığı genişləndirməkdə maraqlıdır”.

18.07.2018 16:28 / Baxılıb: 79 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo