Liverpulun heyətində 18 yaşlı hücumçu

Samir Soltanov/AZADİNFORM. “Liverpul” aşağı yaş qruplarında çıxış edən gənc hücumçu Rian Brusterlə peşəkar müqavilə bağlayıb. 

Azadinform klubun saytına istinadən xəbər verir ki, 18 yaşlı futbolçu 2018-2019 mövsümündə əsas komandada çıxış edəcək. 

Qeyd edək ki, Rian Bruster 2014-cü ildə "Çelsi"nin akademiyasından "Liverpul"a keçib. O, 2017-ci ildə keçirilən 17 yaşadək futbolçular arasında dünya çempionatında 8 qol vuraraq turnirin ən yaxşı oyunçusu seçilib.

18.07.2018 15:55 / Baxılıb: 102 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
    14.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo