Azərbaycan və İtaliya prezidentləri Sumqayıtda zavod açılışında iştirak ediblər

Adəm Abbaslı/AZADİNFORM. İyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub.

Azadinform xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella açılış mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev və Prezident Sercio Mattarella tədbirdə çıxış etdilər.

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Maire Tecnimont” şirkətinin prezidenti Fabrizio di Amato çıxış etdilər.

Azərbaycan və İtaliya prezidentlərinə zavod haqqında məlumat verildi.

Dövlət başçıları müəssisənin məhsullarına baxdılar.

18.07.2018 15:00 / Baxılıb: 322 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo