İtaliya ilə Azərbaycan arasındakı münasibətlər iqtisadi müstəvidədir

Ləman Hüseynzadə / AZADİNFORM. “İtaliya ilə münasibətlərimiz kifayət qədər yüksək səviyyədədir”.

Azadinform xəbər verir ki, bu fikri Azadinform-a Milli Məclisin deputatı Rasim Musabəyov İtaliya prezidentinin Azərbaycana rəsmi səfəri və iki ölkə arasındakı münasibətlərdən danışarkən deyib.

O bildirib ki, İtaliya ilə Azərbaycan arasındakı münasibətlər daha çox iqtisadi müstəvidədir: “Ölkəmizin TANAP və TAP layihələri ilə bağlı İtaliyada müəyyən maneələr yarandı. Onlar hamısı aradan götürülməlidir. Ancaq hesab edirəm ki, İtaliya prezidentinin səlahiyyətləri məhduddur, yəni o, bu məsələlərdə söz sahibi deyil. Buna baxmayaraq, ümumiyyətlə, İtaliya ilə aramızdakı münasibətlər üçün bu səfərin müəyyən dərəcədə böyük əhəmiyyəti var”.

18.07.2018 14:37 / Baxılıb: 305 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo