Zinəddin Zidan Yuventusda

Samir Soltanov/AZADİNFORM. “Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidan İtaliyanın “Yuventus” klubunun idman direktoru olacaq. 

Azadinform xəbər verir ki, Zidanın İtaliya klubunda fəaliyyətə oktyabrda başlayacağı gözlənilir. 

“Real”ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldu da bu ay “Yuventus”a keçib. 

Qeyd edək ki, Zidan “Real”ın baş məşqçisi postunu mayın 31-də öz istəyi ilə tərk edib. Madrid klubunun baş məşqçisi kimi Zidan üç dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Superkubokunun, 2 dəfə klublararası dünya çempionatının, 1 dəfə İspaniya çempionatının və İspaniya Superkubokunun qalibi olub.

18.07.2018 14:12 / Baxılıb: 970 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo