Ağsuda soyğunçuluq edən şəxs saxlanılıb

AZADİNFORM. İyulun 17-də Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Muradlı kənd sakini A.Nurməmmədov iyulun 15-də bir nəfərin onun həyətyanı sahəsindən 2 baş qoyununu “Daewoo” markalı avtomobilə qoyaraq aradan çıxdığını bildirib.

DİN-dən Azadinform-a verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək “isti izlər”lə Sumqayıt şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

Polis Şöbəsində aparılan araşdırmalarla onun Ağdam rayon sakini Gündüz Abbasov olduğu müəyyən edilib. O, heyvanları götürdüyünü ətrafdakıların gördüyündən ehtiyat edərək onları yolda atdığını bildirib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

18.07.2018 13:20 / Baxılıb: 182 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo