Hazırda məni yalnız bu görüş maraqlandırır Qurbanov

Samir Soltanov/AZADİFNORM. “İlk oyunda qələbə qazanmağımıza baxmayaraq, güclü rəqibə qarşı oynayırıq. Daha çox fikirləşmək lazım olacaq. Bizi çətin və maraqlı oyun gözləyir”. 

Azadinform xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşacaq Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Mütəxəssis bildirib ki, hazırda məni yalnız bu görüş maraqlandırır: “Diqqətli, ciddi olmalıyıq. Rəqibin iddialı açıqlamaları sübut edir ki, Bakıya istəklə gəliblər. Bu, onların iddiasını göstərir”. 

Qeyd edək ki, “Qarabağ”-“Olimpiya” oyunu iyulun 18-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” səfərdə 1:0 hesabı ilə qələbə qazanıb. “Qarabağ” mərhələ adlayacağı təqdirdə növbəti turda Albaniya çempionu “Kukesi” ilə qarşılaşacaq. “Kukesi” iki oyunun nəticəsinə görə, Maltanın “Valetta” komandasından üstün olub.

18.07.2018 11:42 / Baxılıb: 391 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo