Azərbaycan və İtaliya Prezidentləri təkbətək görüşüb

Samir Soltanov/AZADİNFORM. Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə təkbətək görüşü olub. 

Azadinform xəbər verir ki, görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. 

İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. 

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

18.07.2018 10:15 / Baxılıb: 407 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo