Dünya Turizm Gününə Macarıstan ev sahibliyi edəcək

Adəm Abbaslı/AZADİNFORM. Sentyabrın 27-də qeyd ediləcək Dünya Turizm Günü “Turizm və rəqəmsal transformasiya” (Tourism and the digital transformation) mövzusuna həsr olunacaq.

Azadinform Dünya Turizm Təşkilatının saytına istinadən xəbər verir ki, builki tədbirə Macarıstan ev sahibliyi edəcək. Macarıstan qədim tarixi, zəngin təbii ehtiyatları olan ölkədir. Bu ölkə kurortları, gölləri, termal suları, mədəniyyət və tarixi abidələri, mətbəxi, qastronomiyası ilə turistləri cəlb edir. Təsadüfi deyil ki, 2017-ci ildə Macarıstanda beynəlxalq turistlərin sayı 16 milyon olub. Habelə Dünya Turizm Gününün builki mövzusu ölkənin müasir həyatı ilə səsləşir.

18.07.2018 09:30 / Baxılıb: 209 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo