Yevlaxda qəza nəticəsində piyada öldü

Yevlax şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Məlumata görə, hadisə axşam saatlarında şəhərin "Üç yol" deyilən ərazisində qeydə alınıb.

Yevlax sakini, 1984-cü il təvəllüdlü Xaqani Tapdıq oğlu Məmmədov yolu keçmək istəyən zaman, şəhər sakini, 1958-ci il təvəllüdlü Telman Təyyar oğlu Allahverdiyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil onu vurub. Ağır xəsarət alan piyada sürücü tərəfindən xəstəxanaya çatdırılıb. O, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (report)

17.07.2018 23:57 / Baxılıb: 91 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo